• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə başlanılıb

Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə başlanılıb
19.05.2021 10:34
Bu gündən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə Rusiya istehsalı olan "Sputnik V” vaksininin istifadəsinə başlanılıb.

Anews.az xəbər verir ki, vətəndaşlar peyvəndi Bakı Sağlamlıq Mərkəzində vurdura bilərlər.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb. Mayın 2-də Azərbaycanın Rusiyadan aldığı "Sputnik V” vaksininin ilk partiyası 40 min doza peyvəndi ölkəyə gətirilib.

Azərbaycanda koronavirusla mübarizə məqsədilə peyvəndləməyə yanvarın 18-dən start verilib. Hazırda ölkədə "Sputnik V” ilə yanaşı Çin istehsalı olan "Sinovac”, Böyük Britaniya-İsveçrə şirkətinin "AstraZeneca” vaksinindən də istifadə olunur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 834 657, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 042 781, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 791 876 nəfər təşkil edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol