Fond Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürdü

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Anews.az xəbər verir ki, partiya sədrinin müalicə xərclərini Fond qarşılayacaq.
Mirmahmud Mirəlioğlu açıqlamasında məlumatı təsdiqləyib:
"Sağ olsunlar, Heydər Əliyev Fondu bizim müalicəmizi öz üzərinə götürüb".
O bildirib ki, TƏBİB tərəfindən xüsusi labaratoriya vasitəsilə evdə yenidən yoxlamalardan keçəcəklər.
Partiya sədri ona xəstəxanaya yerləşdirilməklə bağlı təklif olduğunu, lakin evdə qalaraq müalicə olunmağa üstünlük verdiyini əlavə edib.
Mirmahmud Mirəlioğlu və ailə üzvləri koronavirusa yoluxub. Hazırda o, ev şəraitində müalicə alır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib