• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisad Universitetində mobil telefon qadağası

İqtisad Universitetində mobil telefon qadağası
30.05.2014 11:12
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Elmi Şurasının növbəti iclası keçirilib. ADİU-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə olunub və şura üzvləri hazırlıq prosesini məqbul hesab ediblər. ADİU-nun rektoru Ədalət Muradov imtahanların şəffaf keçirilməsi məqsədi ilə prorektorların universitetin aryı-ayrı korpuslarına təhkim olunması haqda göstəriş verib. Rektor yay sessiyasında şəffaflığın təmin edilməsi məqsədi ilə universitetdə yaradılan “Qaynar xətt”in səmərəliliyinin daha da artırılması üçün məlumat xarakterli bukletlərin hazırlandığını bildirib. İclasda həmçinin 2013/2014-cü tədris ilində ADİU-da keyfiyyətli idarəetmə sisteminin tətbiqi haqqında qərar qəbul edilib. Rektor keyfiyyətli idarəetmə sisteminin təşkili ilə bağlı orta müddətli inkişaf strategiyasının üzərində iş aparıldığını bildirib. Ə.Muradov sənəd layihəsinin sentyabr ayına qədər hazır olacağını əlavə edib. Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib. Elmi Şura üzvləri “Sabah” qruplarının və “Sabah” mərkəzinin yaradılması haqqında, eyni zamanda hüquq şöbəsinin əsasnaməsini də qəbul ediblər. “Universitet əməkdaşlarına və təhsil alanlarına birdəfəlik maddi yardım verilməsi haqqında əsasnamə” təsdiqlənib. Layihənin məqsədi müəllim və tələbələrin sosial təminatının yaxşılaşdırılmasıdır. İclasda həmçinin “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin nizamnaməsi də qəbul edilib. Rektor universitet daxilində “Ağsaqqallar şurası”nın yaradılması təklifi ilə çıxış edib və şura üzvləri təklifi dəstəkləyiblər. İclasda həmçinin Ə.Muradov fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib. Rektor auditoriyalarda mobil telefonlardan istifadənin qadağan olunacağını da bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol