• $
  • €
  • ₽
  • ₺
  • £

Baltikyanı ölkələrlə əlaqələrin aktivləşdirilməsi vacibdir - FOTO

Baltikyanı ölkələrlə əlaqələrin aktivləşdirilməsi vacibdir - FOTO
19.05.2021 17:44
Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və  Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.

Ölkələrimiz arasındakı tarixi bağlara toxunan komitə sədri  Baltikyanı ölkələrin parlamentarları ilə daha sıx əlaqələrin qurulması, qarşılıqlı rəsmi səfərlərin təşkili, informasiya mübadiləsinin intensivləşdirilməsi, ikitərəfli dialoqun canlandırılması vacibliyini diplomatların nəzərinə çatdırıb. Latviyalı və estoniyalı həmkarları ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Parlamentində əməkdaşlıq əlaqələrimizdən söz açıb.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, bölgədə yeni reallıqların yarandığını qeyd edən Səməd Seyidov bəzi Avropa dövlətlərinin mövcud reallığı görməzdən gəldiyini, sərhədlərin demarkasiyası məsələsində Ermənistanın təxribatçı bəyanatlarına uyaraq obyektivlikdən uzaq mövqe sərgilədiyini vurğulayıb.

Görüşdə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib. Pandemiya şəraitinə baxmayaraq, Latviya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən ticarət dövriyyəsinin davam etdiyini vurğulayıb. Qarşıdakı aylarda Latviya deputatlarının Azərbaycana planlaşdırılan səfəri  və digər məsələlər barədə məlumat verib.

Söhbət əsnasında Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında törətmiş olduğu dağıntıları öz gözü ilə gördüyünü təsdiqləyən səfir Dainis Qarancs bildirib ki, Azərbaycanın bölgədə sülhü və sabitliyi qorumaq əzmindən çox məmnundurlar.

Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikirlərini bölüşüblər. Avropada Azərbaycan həqiqətlərinin yayılması, bölgədəki vəziyyətlə bağlı obyektiv durumu əks etdirən məlumatların lazımi instansiyalara çatdırılmasının vacibliyi bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki,  ölkəmiz dünyada və bölgədə sülh istəyir. Azərbaycanla normal əlaqələrin qurulması Ermənistanın özünün də xeyrinə olacaq.

Sonra çıxış edən Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov bu görüşü çox maraqlı və faydalı görüş kimi dəyərləndirib. Parlamentlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol