• $
  • €
  • ₽
  • ₺
  • £

Saxlanılan gömrük əməkdaşlarının həbs səbəbi BƏLLİ OLDU

Saxlanılan gömrük əməkdaşlarının həbs səbəbi BƏLLİ OLDU
19.05.2021 17:50
Baş Prokurorluq tərəfindən saxlanılan Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri məhkəmə qarşısına çıxarılıb.


Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.


Məhkəmənin qərarı ilə Aydın Eylazov barəsində 2 ay, Elmar Mirzəyev və Emin Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Əldə etdiyimiz məlumata görə, A.Eylazov neft sənayesi sahəsində istifadə olunmaq məqsədilə xaricdən Azərbaycana gətirilən qayıq üçün verginin ödənilməməsində ittiham edilir. Belə ki, özəl şirkətlərdən biri iki qayığı icarəyə götürərək Azərbaycana gətirib istifadə edib geri qaytarmalı imiş. Bunun üçün də vergi ödənilməsi nəzərdə tutulur. Şirkətin nümayəndəsi bəyannamə imzalayaraq vergini ödəyəcəyi barədə öhdəlik götürüb. Lakin qayıq Azərbaycanda istifadə olunsa da, vergi ödənilməyib.


A.Eylazov isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödənilmədən qayıqların ölkəyə buraxılması barədə qərar verməkdə təqsirləndirilir. Amma o, məhkəmədə özünü təqsirli bilmədiyini deyib.


Elmar Mirzəyev isə 300 manat rüşvət almaqda ittiham olunur. Həmin şirkətin əməkdaşı E.Mirzəyevin bank kartına 300 manat pul köçürüb. Emin Xəlilov da özəl şirkət nümayəndələrindən rüşvət alaraq "prosedurları yüngülləşdirməkdə” ittiham edilir.


A.Eylazov Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), E.Mirzəyev və E.Xəlilov isə 311-ci (rüşvət alma) maddələri ilə ittiham edilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol