Daha bir xərçəng xəstəsi intihar etdi - Azərbaycanda

Şəki rayonunda intihar hadisəsi baş verib.Şəki rayon-şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.Rayonun Aşağı Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Mərhəmət Süleyman qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tövlədə asılmış vəziyyətdə aşkar edilib. Mərhəmət Rüstəmovanın üç övladının olduğu və son zamanlar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.Faktla bağlı Şəki şəhər Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























