• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət naziri Azərbaycan UNESCO əlaqələrindən danışıb

Mədəniyyət naziri Azərbaycan UNESCO əlaqələrindən danışıb
21.05.2021 09:25
"İşğal altında olan torpaqlarımızı azad edəndən sonra erməni diasporunun və onların havadarlarının təsiri ilə UNESCO regiona missiya göndərilməsi məsələsində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdi və bu, bizi məyus etdi. Halbuki tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı bizim tərəfimizdən diqqətə çatdırılsa da, qərəzli yanaşma davam etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib və ölkəmiz UNESCO missiyasını qəbul etməyə hazırdır".

Bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, həmin missiyanı qəbul etməyə hazır olduqları haqqında müraciət göndərilib və texniki missiya zamanı işğaldan azad edilmiş ərazilərdə baxış keçiriləcək abidə və mədəniyyət müəssisələrinin siyahısı da təqdim olunub:

"Onu da qeyd edim ki, Vətən müharibəsindən əvvəlki dövrlərdə də Azərbaycan bölgəyə – işğal edilmiş torpaqlarımıza missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ölkəmizin maraqları çərçivəsində öz həqiqətlərini dünyaya çatdırmaq məqsədilə UNESCO ilə əlaqələrin inkişafı üçün əməkdaşlığı davam etdirəcək”.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol