“Müharibəni doğru vaxtda dayandırdıq, indi isə barışmaq vaxtıdır" - Prezident

"Biz düşünürdük və əmin idik, ən azından mən belə düşünürdüm ki, diaspor işğal olunmuş ərazilərə çoxlu pul xərcləyir. Çünki hər il onlar vəsait toplamaq üçün marafonlar təşkil edirdilər. Onlar ildə ola bilsin yüz milyondan çox vəsait toplayırdılar. Demək istəyirəm ki, bu, kiçik ərazi üçün, kiçik əhali üçün böyük bir vəsaitdir. Lakin biz bu vəsaiti görmədik. Ermənilərin işğal etdiyi və onların dediyinə görə, "erməni şəhəri” olan Şuşa tamamilə dağıdılmışdı, tam yoxsulluq içində idi”.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, onların yaşadığı regionlarda bu investisiyanı görmək mümkün olmayıb: "Ya bu vəsait toplanmayıb, ya da başqa yerlərə yönləndirilib. İndi də diaspor çox qeyri-məhsuldar rol oynayır. Çünki müharibənin nəticəsi aydındır. Müharibə noyabrın 9-dan 10-na keçən gecə dayanmasaydı, Ermənistanın vəziyyəti hətta lap çətin olardı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























