• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdaxili qiymətləndirmədə şifahi forma nəzərdə tutulmayıb

Məktəbdaxili qiymətləndirmədə şifahi forma nəzərdə tutulmayıb
21.05.2021 13:36
Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı açıqlama yayıb.

"Report" xəbər verir ki, açıqlamada deyilir:

"Məlum olduğu kimi, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə keçiriləcək.

Belə ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən əyani formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq. Qeyd edək ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.

Cari tədris ilinin I yarımili üzrə məktəbdaxili qiymətləndirmə distant formada təşkil olunduğu səbəbindən summativ qiymətləndirmənin şifahi formada da aparılması məqbul sayılmışdı. II yarımil üzrə əyani formada təşkil olunacaq məktəbdaxili qiymətləndirmədə isə şifahi forma nəzərdə tutulmayıb.

Əlavə olaraq bildiririk ki, məktəbdaxili summativ qiymətləndirmə milli qiymətləndirmə tədqiqatı ilə qarışdırılmamalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi səhifəsində dərc edilmiş milli qiymətləndirmənin keçirilməsinə dair xəbərlər məktəbdaxili qiymətləndirmə ilə bağlı deyil.

Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol