• $
  • €
  • ₽
  • ₺
  • £

Küçədə tutulan COVID-19 xəstəsinə ağır cəza - 3 il Bakı-Abşerondan çıxa bilməz

Küçədə tutulan COVID-19 xəstəsinə ağır cəza - 3 il Bakı-Abşerondan çıxa bilməz
21.05.2021 14:31
Ötən ilin dekabr ayında evdən çıxan koronavirus xəstəsinə Abşeron rayon məhkəməsində hökm oxunub.

"Qafqazinfo” xəbər verir ki, Bakı Gəmiqayırma və Gəmi təmiri zavodunda mühəndis vəzifəsində işləyən T.Əkbər oğlu dekabrın 11-də COVID-19 virusuna yoluxduğunu bilib və testin cavabının pozitiv olması haqda SMS xəbərdarlıq da alıb. Dekabrın 22-də yaşadığı evdən çıxaraq Xırdalan şəhərində avtobus dayanacağına gəlib və bu zaman polislər ona yaxınlaşaraq kimliyini yoxlayarkən aktiv koronavirus xəstəsi olduğu məlum olub.

Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı evə təhvil verilib. Ona Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən T.Əkbər oğlu məhkəmədə ifadə verərək bildirib ki, dekabrın 10-da koronavirusa yoluxmasından şübhələndiyi üçün test verib və dekabrın 12-də ona virusa yoluxması və evi tərk etməməsi barədə SMS gəlib: "On gün evdə müalicə olundum və artıq özümü yaxşı hiss edirdim. Sağalıb-sağalmadığımı öyrənmək üçün dekabrın 22-də evdən çıxıb analiz verməyə getdim. Dayanacaqda avtobus gözləyən zaman polis əməkdaşları mənə yaxınlaşaraq adımı əllərində olan portal vasitəsilə yoxladılar.

Həmin vaxt aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olduğumu bildilər. Etdiyim əməldən peşmanam və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğumu nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Hakim Sevinc Quliyevanın hökmü ilə T.Əkbəroğluna 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, 3 il ərzində elektron qolbaq taxaraq Bakı şəhər və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol