• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası olan erməni qadın: "Oğlumu Şəhidlər Xiyabanında dəfn etməyi təklif etdilər…" – FOTO

Şəhid anası olan erməni qadın: "Oğlumu Şəhidlər Xiyabanında dəfn etməyi təklif etdilər…" – FOTO
24.05.2021 10:53
"Boş yerə narahat oldum. Əksinə, hamı məni qorudu. Erməni olduğumu gizlətmədim. Gənc uşaqlar müharibədə ölürlər, mən, qoca qadın, niyə həyata davam etməliyəm? Bacardığım qədər kömək etdim. Birlikdə ağladıq, uşaqları dəfn etdik".

Bu sözləri "RİA Novosti” xəbər agentliyi 1-ci Qarabağ müharibəsində şəhid olan Samir Əliyevin anası Mariya Əliyeva (Karapetyan) deyib.

Mariya Əliyeva bildirib ki, o milliyətçə ermənidirdir və Bakının Maştağa kəndində yaşayır.

70-dən çox yaşı olan Mariya valideynlərilə birgə 1956-cı ildə Rusiyadan Azərbaycana köçüblər. Babalarının Ermənistanın Gorus rayonundan Sibirə sürgün olunduğunu bildirib. Bakıya köçdükdən sonra burada azərbaycanlı ilə ailə həyatı qurub və 4 övladı olub.

Böyük oğlu Samir 19 yaşında 1-ci Qarabağ müharibəsinə şəhid olub.

"Samir uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Dərsdən sonra qaçaraq gəldi, məni qucaqladı və dedi ki, ana, mən böyüyəcəyəm, əsgər olacağam və səni qoruyacağam. Naxçıvanski adına hərbi məktəbə daxil oldu. İlk Qarabağ müharibəsi zamanı orduya çağırıldı və beləcə öldü", - deyə Mariya Əliyeva bildirib.
Mariya Əliyeva deyib ki, həyat yoldaşımın valideynləri həmişə erməni gəlinlərinin ən gözəl və sevimli olduğunu deyirdilər: "Onlardan bir dənə də pis söz eşitməmişəm. Dörd övlad dünyaya gətirmişəm”.

Mariya Əliyevanın dediyinə görə, səlahiyyətli şəxslər oğlunu Bakının mərkəzindəki Şəhidlər Xiyabanında dəfn etməyi təklif ediblər. Lakin, o bundan imtina edib. "Hər gün onun yanına gedə bilmək üçün evə daha yaxın basdırılmasını istədim”,- deyə Mariya Əliyeva bildirib. 

Xəbər agentliyi yazır ki, qonşular da onunla mehriban davranırlar. "Qarabağda müharibə başlayanda onu heç kim barmağı ilə göstərmədi və erməni olduğuna görə qınamadı. O, bizim üçün əzizdir”, - bu sözləri də Mariya Əliyevanın qonşuları deyib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol