Mətbuat katiblərinə “AmCham”da vəzifə verildi

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") Dayanıqlı inkişaf və korporativ təsir komitəsinin rəhbərliyinə təyinatlar olub.
"Report”un əldə etdiyi məlumata görə, Rəna Tahirova Komitəyə sədr seçilib. Ceyhun Atayev və Fidan Tofidi də onun müavinləri təyin edilib.
Rəna Tahirova "Holcim Azerbaijan” ASC-nin, Ceyhun Atayev isə "AccessBank” QSC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceridir. Fidan Tofidi isə "Pasha Bank” ASC-də korporativ tərəfdaşlarla münasibətlər şöbəsinin rəhbəridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























