Azərbaycanda 1000-dən artıq insan yod çatışmazlığından əziyyət çəkir

"Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın 30-a yaxın rayonunu orta dərəcəli yod çatışmazlığı olan ərazi kimi qəbul edib. Ötən ilin rəqəmlərinə nəzər salsaq, ilkin diaqnozla uşaqlar (0-13 yaş daxil olmaqla) 129, yeniyetmələr (14-17 yaş daxil olmaqla) 17, gənclər (18 - 29 yaş daxil olmaqla) 397, böyüklər (30-dan yuxarı) 1 209 nəfər olmaqla qeydiyyata alınıb".
"Report" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti Azər Hümmətov deyib.
Onun sözlərinə görə, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan bu ərazilər orta yod çatışmazlığı olan ərazilərdir: "Bu göstərici də sidikdə yodun analiz nəticəsi zamanı bəlli olur. Bu göstəricilərə əsasən ölkəmiz orta dərəcəli yod çatışmazlığı olan ərazilərə aid edilir. Qalxanabənzər vəzi xəstəliklərini iltihabi və qeyri-iltihabi olaraq bölmək olar. Qalxanabənzər vəzinin qeyri-iltihabi xəstəlikləri dedikdə bildiyimiz zob, yəni vəzinin böyüməsi nəzərdə tutulur. Qalxanabənzər vəzi düyünləri də xoş və bədxassəli olmaqla 2 hissəyə bölünür. Digər qrup isə qalxanabənzər vəzinin iltihabi xəstəlikləridir.
Haşimoto xəstəliyi (Autoimmun tiroidit), qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm özü öz toxumasını tanımır, onu yad bir orqan və yaxud cism kimi qəbul edərək yox etməyə çalışır".
A.Hümmətov qeyd edib ki, qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur: "Bu əlamətlərə çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, halsızlıq, qəbizlik, dəridə quruluq, əzələ ağrıları, xolesterin miqdarının artması, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, unutqanlıq, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi aiddir. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır. Hipertiroid, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı ümumi olaraq maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, döyüntü şikayətləri, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























