Azərbaycandan turist axını 6 dəfəyə yaxın azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 134 ölkədən 162,9 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ölkəmizə gələnlərin 32,7 %-i Rusiya, 27,6 %-i Türkiyə, 16,7 %-i İran, 10,8 %-i Gürcüstan, 2,5 %-i Ukrayna, 1,1 %-i Böyük Britaniya, 1 %-i Belarus, hər birindən 0,7 % olmaqla Qazaxıstan və Özbəkistan, hər birindən 0,6 % olmaqla Türkmənistan və Almaniya, 0,5 %-i İtaliya, 4,5 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 92,6 %-ni kişilər, 7,4 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə, Türkmənistandan - 6,9 dəfə, Qazaxıstandan - 5,7 dəfə, Özbəkistandan - 3,8 dəfə, Rusiyadan - 3,1 dəfə, Ukraynadan - 2,7 dəfə, Böyük Britaniyadan - 2,7 dəfə, Belarusdan - 1,8 dəfə, Türkiyədən - 1,5 dəfə, İrandan - 1,2 dəfə azalıb.
2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ümumilikdə Körfəz ölkələrindən gələnlərin sayı 2,5 dəfə azalaraq 27,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,1 dəfə azalaraq 63,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə azalaraq 5,9 min nəfər olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























