• $
  • €
  • ₽
  • ₺
  • £

"Ən gənc toxucumuzun 24 yaşı var"

"Ən gənc toxucumuzun 24 yaşı var"
25.05.2021 13:58
Media turun ikinci hissəsi Azərxalça” ASC-nin ilk filiallarından olan Qubadakı xalça istehsam  emalatxanasında davam edib. Bura 2017-ci ilin dekabrın 7-də Prezidenti İlham Əliyevin və vitse-prezident  Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Bu barədə jurnalistlərə açıqlamasında "Azərxalça” ASC-nin Quba filialının direktoru Nəzakət Novruzova məlumat verib.

Onun sözlərinə görə, Quba filialı 2017-ci ilin dekabr ayından fəaliyyətə başlayan emalatxanada 100-dən çox işçisi var: "Müəssisə fəaliyyətə başlayandan burada 56 toxucu xanım çalışır. Emalatxanada 43 dəzgah var. İşçilər arasında ən gənc toxucumuzun 24, ən qocamanın isə 64 yaşı var. "

Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla (müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq)  çeşnilərlə təmin edilib. Burada  Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərinə aid tarixi və orijinal çeşnilər əsasında xalçalar  üstünlük təşkil edir . Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda qorunan,  eləcə də respublikanın ayrı-ayrı bölgələrindən yığılan qədim  xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. 

Məlumat verilib ki, bu xalçalar yundur, xovludur. Yüksək keyfiyyətlə toxunan xalçaların yun ipləri təbii boyaqlarla boyanır. Ona görə də "Azərxalça”nın filiallarında toxunan xalçalar yuyularkən öz keyfiyyətini itirmir, rəngi solmur, əksinə parlaqlıq qazanır.  Bildirilib ki, Azərbaycana gələn turistlərin ziyarət etdiyi ünvanlar sırasında "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin filialları da vardır.

"Azərxalça"nın digər filiallarındakı kimi Qubada da çalışanların çoxu gənclərdir. Onların sayı hər gün artır. Son illərdə  filiala çoxlu  gənc qız müraciət edib" - deyə Nəzakət Novruzova bildirib.

N.Novruzova onu da qeyd edib ki, bu günə qədər bu emalatxanada istehsal ediıən 244 xalçanın ümumi sahəsi 861,64 kvadratmetr olub: " Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı olur. Lakin, məcbur deyil ki, hər bir toxucu 1 aya 1 kvadratmetrlik sahəni təhvil versin. Orta hesabla xalçanın çeşnilərindən asılı olaraq 1 metrlik xalçalarda təxminən 3-3,5 kq-a qədər ip istifadə olunur”.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol