• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlandı

Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlandı
25.05.2021 14:48
Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlanıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, artıq ölkədə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib: "Birinci sertifikat peyvəndləmə sertifikatıdır. İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır.
 
Həmin sertifikata hər bir vətəndaşın "e-təbib” tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda e-gov.az portalından da çap edib, kağız formasında özündə saxlaya bilər. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da COVID pasportu hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır.

Beləliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi COVİD pasportu hesab olunur. Bunlardan birinin mövcudluğu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək.

Gələcəkdə bu yanaşmanın konsert, kinoteatr, toylar, digər şənliklərə tətbiqi də nəzərdə tutulur. Qeyd olunanlara bunun nə zaman tətbiq olunacağı barədə isə məlumat veriləcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol