• $
  • €
  • ₽
  • ₺
  • £

Yeriyə bilməyən beş qazimiz Türkiyədə ayağa qaldırıldı

Yeriyə bilməyən beş qazimiz Türkiyədə ayağa qaldırıldı
25.05.2021 20:42
Daha 14 qazimizin müalicəsi Kocaelidə davam etməkdədir.
Vətən müharibəsi zamanı, torpaqlarımızın azadlığı uğrundan döyüşərək sağlamlıqlarını itirmiş daha 14 qazimizin müalicəsi, YAŞAT Fondunun göndərişi əsasında Türkiyənin Kocaeli şəhərində davam etdirilir.

Müalicə və reabilitasiyası davam etməkdə olan Vətən müharibəsi iştirakçısı Çingiz Vəliyev "Report"un Türkiyə bürosuna müsahibəsində müalicəsinin gedişatından razı olduğunu və tez bir zamanda sağalaraq, Azərbaycana qayıtmaq istədiyini deyib:

"Mən Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə yaralanmışam, belimdən və ayağımdan ağır qəlpə yarası almışam. Doğrusu, buraya gələndə ayağımda heç bir hərəkət yox idi. Şükürlər olsun, indi hərəkət etməyə başlamışam, İstanbulda əsaslı müalicədən sonra YAŞAT Fondunun dəstəyi ilə buraya (Kocaeliyə) göndərilmişəm. Burada fizioterapiya üzrə gündəlik seanslar keçirəm. Bu şəraiti yaratdıqları üçün ölkə rəhbərliyinə, YAŞAT Fonduna və burda çalışan həkimlərin hər birinə öz dərin təşəkkürümü bildirirəm. İndi mənim də, bütün buradakı digər qazi qardaşlarımın da arzusu, sağlamlığımıza tam şəkildə qovuşaraq, doğma torpağımıza qayıdıb, uğrunda qan tökdüyümüz Qarabağın təbiətində dincəlməkdir. " - o qeyd edib.
Qazilərimizin müalicəsi və reabilitasiya prosesləri ilə məşğul olan xəstəxananın fiziki terapiya həkimi uzman. dr. Esra Mustafa müalicənin aparılması və effektivliyi ilə bağlı qeyd edib ki, xəstəxanada Vətən müharibəsinin 14 qazisi var:

"Təbii ki, qazilərin hər birinin vəziyyəti müxtəlif cürdür. Bir qisminin ya sağ, ya sol ayağında hərəkətetmədə problem var. Fevralın 14-dən indiyədək burada qazilərimizin müalicə və reabilitasiyası ilə yaxından maraqlanırıq. Bildiyiniz kimi, fiziki terapiya və reabilitasiya uzun və vaxt aparan prosesdir. Lakin həm biz həkim heyəti, həm də, qazilərimiz müalicənin müsbət nəticələrindən olduqca məmnunuq. Məsələn, təkcə buradaki beş qazimiz gəldiyi zaman ümumiyyətlə yeriyə bilmədiyi halda, indi onlar sərbəst şəkildə yeriyə və hərəkət edə bilirlər. Bütün qazilərimizə fiziki terapiya ilə yanaşı psixoloji dəstək də təmin etməkdəyik. Bütün bu xoş nəticələr bizi daha da ümidləndirir, hər birinin tam sağlam şəkildə evlərinə qayıtmaqları üçün səylə işləməyə davam edəcəyik".

Qeyd edək ki, indiyədək 90-a yaxın Vətən müharibəsi qazimiz müayinə, müalicə və reabilitasiya üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib. Kocaeli şəhəri ilə yanaşı İstanbul və Bursa şəhərlərində də onların müalicə davam etdirilir.
 
 







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol