• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu yaşayış binasında hər həftə lift avadanlıqları oğurlanır

Bakıda bu yaşayış binasında hər həftə lift avadanlıqları oğurlanır
25.05.2021 23:10
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, bina 21 V, blok 2 ünvanında iki həftədir oğurluq hadisələri baş verir.

Bu barədə "Report”a həmin binada yaşayan sakinlər məlumat verib. Sakinlər bildiriblər ki, artıq ikinci dəfədir binanın liftinin avadanlıqları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanır.

"Bu ayda birinci oğurluq hadisəsi mayın 19-da baş verdi. Kimsə yaxud kimlərsə liftin avadanlıqlarını oğurladılar. Buna görə də, bir neçə gün liftdən istifadə edə bilmədik. Lift idarəsindən isə heç kim gəlib, nəyin baş verməsi ilə maraqlanmadı. Qonşularla qərara gəldik ki, özümüz pul yığaq. Beləliklə, hər mənzildən pul yığıb, öz hesabımıza lift avadanlığı aldıq. Bununla da, liftimiz bir neçə gün işlədi. Lakin dünən günorta saat 12-13 radələrində yenə naməlum şəxs və ya şəxslər liftin avadanlıqlarından birini (əyləci) oğurlayıblar”, - deyə həmin binada yaşayan sakin İntizar Tağıyeva bildirib.

Binanın digər sakinləri isə qeyd ediblər ki, belə oğurluq hadisələrin dalbadal baş verməsi onlarda fərqli şübhələr, gümanlar yaradır. "Liftin avadanlığı kimə lazımdır? Kim bilir ki, hansı avadanlıq baha, yaxud ucuzdur? Çox güman ki, oğurluğu bu sahədən başı çıxanlar edir”, - deyə başqa sakin bildirib.

Qeyd edək ki binada əvvəllər də lift avadanlıqlarının oğurlanması hadisəsi baş verib. Sakinlər dəfələrlə öz hesablarına yeni avadanlıq alaraq, lifti təmir etdiriblər. Lakin son iki həftədə bu cinayət hadisəsinin dalbadal baş verməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Üstəlik, sakinlər iki gündür liftdən istifadədən məhrum olublar.
Bütün bunlar bir yana, liftin avadanlığı binanın damının şaxtasının qapısının açılmadan oğurlanması, qıfılın toxunulmaz qalması bir sıra sualların ortaya çıxmasına səbəb olub.
 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol