• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib

Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
26.05.2021 15:28
Bakı Sağlamlıq Mərkəzi (BSM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbrizin səhhəti barədə məlumat yayıb.


BSM-dən Anews.az-a verilən məlumata görə, Təbriz Güləliyev dünən axşam saatlarında təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla xəstəxanaya gətirilib.


Qeyd olunub ki, təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb: "Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir".


Qeyd edək ki, mayın 25-də Təbriz Gülalıyev idarə etdiyi "Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi "Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol