• $
  • €
  • ₽
  • ₺
  • £

Səngəçal terminalında vaksinasiya kampaniyası

Səngəçal terminalında vaksinasiya kampaniyası
26.05.2021 15:58
Əməkdaşlarımızın təhlükəsizliyi, sağlamlığı və rifahı bizim daim əsas diqqət verdiyimiz prioritet məsələdir. COVID-19 pandemiyası başlayandan bəri bp əməliyyatçısı olduğu sahələrdə virusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın davamlı dəstəyi ilə bir sıra ciddi tədbirlər görür. Buraya sahə işçiləri  obyektlərə daxil olmazdan öncə həyata keçirilən çoxsaylı prosedurların tətbiqi, habelə, sahələrimizdə və ofislərimizdə tələb olunan bütün önləyici tədbirlərin həyata keçirilməsi daxildir. 


Bundan əlavə, bp sahələrdəki əməkdaşlar üçün iş yerlərində vaksinasiya kampaniyaları da təşkil edərək, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə fəal dəstək verir. 


25 may tarixində şirkət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)  təşkilatçılığı ilə Səngəçal terminalının personalı və işçi heyəti üçün iş yerində könüllü vaksinasiya kampaniyası keçirmişdir. TƏBİB-in  səyyar briqadası tərəfindən həyata keçirilən vaksinasiya kampaniyası zamanı 268 nəfər bp əməkdaşı və işçi heyəti öz iş yerlərini tərk etmədən, iş qrafiklərinə və sahədəki karantin qaydalarına əməl etməklə  peyvənd olunmuşdur. 


Bu, şirkətin iş yerində təşkil etdiyi ikinci vaksinasiya tədbiridir. May ayının əvvəllərində bp hazırda Şahdəniz lahiyəsi çərçivəsində dənizdə aparılan fəaliyyətlərə cəlb olunmuş iki gəminin – "Xankəndi” sualtı tikinti gəmisinin və "İsrafil Hüseynov” borudüzən barjasının – personalı və heyət üzvləri üçün oxşar səyyar vaksinasiya kampaniyası təşkil etmişdi. Gəmilərin Bakı Dəniz Limanında dayandığı müddətdə TƏBİB-in  səyyar briqadası tərəfindən ümumilikdə 100 nəfər peyvənd olunmuşdu. Peyvəndin ikinci dozası eyni qaydada iyun ayının əvvəllərində təşkil ediləcəkdir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol