• $
  • €
  • ₽
  • ₺
  • £

“ASAN Xidmət”in “əməkdaşlar”ı həbs edildi

“ASAN Xidmət”in “əməkdaşlar”ı həbs edildi
29.05.2014 17:39

Baş Prokuroluq “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi özlərini təqdim etmiş şəxslərin qanunsuz əməlləri ilə əlaqədar məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu barədə cinayət işi başlanıb. İstintaq zamanı “Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin mütəxəssisi Hüseyn Abdullayevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək özünü Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib Saatlı rayon sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların, texniki pasportların və digər sənədlərin veriləcəyini bildirib müxtəlif məbləğlərdə pul almaqla “ASAN xidmət” mərkəzinin fəaliyyətini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bundan başqa, həmin cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işi üzrə aparılmış istintaqla sözügedən MMC-nin Bərdə rayonu üzrə mütəxəssisi Vüsal Baxşəliyevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək özünü “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edib Bərdə rayon sakinlərindən fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların, texniki pasportların verilməsi adı ilə aldatma yolu ilə artıq aldığı pulu mədaxil qəbzlərini saxtalaşdırmaqla ələ keçirməsində, bununla da “ASAN xidmət” mərkəzinin fəaliyyətini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hər iki cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq olaraq Saatlı və Bərdə rayon məhkəmələrinə göndərilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş “Kamal-SF” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqədar ayrıca icraata ayrılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol