• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın beş şəhərində Azərbaycan Milli Günü elan olunub

ABŞ-ın  beş şəhərində Azərbaycan Milli Günü elan olunub
27.05.2021 10:06
ABŞ-ın Şimali Karolina ştatının beş böyük şəhərində (Şarlot, Durham, Feyetvill, Apeks, Qrin) 28 may tarixinin Azərbaycan Respublika Günü kimi elan olunması haqqında bəyannamə imzalanıb.

"Report”un yerli bürosu xəbər verir ki, ABŞ-da yeni fəaliyyətə başlamış "Azərbaycan Dostluq Təşkilatı”nın səyləri nəticəsində imzalanan bəyannamələrdə ölkəmizin tarixi keçmişindən, ABŞ-da yaşayan Azərbaycan diasporunun uğurlu fəaliyyətlərindən bəhs olunub.

"Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, Klemson Universitetinin məzunu, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbal şəhər merləri ilə görüşüb və bəyannamələri təhvil alıb.

Adika İqbal onlara ölkəmizin zəngin tarixi keçmişi, adət-ənənələri haqqında məlumatlar verib, Şimali Karolina ştatında yaşayan Azərbaycan icmasının fəaliyyətlərindən bəhs edib.

Təşkilat rəhbəri qəbul olunan bəyannamələrin ABŞ- Azərbaycan dostluq əlaqələrinin daha da qüvvətlənməsinə təkan verəcəyini deyib.

Şəhər merləri isə öz növbəsində Şimali Karolinada yaşayan Azərbaycan icmasına ev sahibliyi etdikləri üçün qürurlu olduqlarını dilə gətiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol