• $
  • €
  • ₽
  • ₺
  • £

Xətai rayonunda bu park yenidən quruldu

Xətai rayonunda bu park yenidən quruldu
27.05.2021 21:30
Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən rayonun Sarayev küçəsi ilə Məzahir Rüstəmov küçələrinin kəsişməsində, "Bakı” kinoteatrının yaxınlığında yerləşən park əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə  verilib.

"Qafqazinfo” xəbər verir ki, 8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi adına mədəniyyət və istirahət parkının filialı olan, uzun müddət baxımsızlıq səbəbindən yararsız hala düşən parkda təxminən 3 həftə əvvəl təmizlik və yenidənqurma işlərinə start verilmişdi.

Abadlıq işləri çərçivəsində mövcud olan yararsız oturacaq və söhbətgahlar, idman və əyləncə qurğuları sökülərək ərazidən daşınıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi üçün yeni suvarma xətləri çəkilib, həmçinin parkın ərazisində müasir işıqlandırma sistemləri quraşdırılıb.

Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. Əhalinin istirahəti üçün  söhbətgahlar quraşdırılıb,  yeni oturacaqlar qoyulub, uşaq meydançaları salınıb,  uşaq əyləncə və idman qurğuları, şahmat meydançası quraşdırılıb. Ahıl insanların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar stolüstü müxtəlif oyunlar üçün nərdtaxta, domino, şahmat və s. təmin edilib.



Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınıb, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilib.

Hazırda rayonun müxtəlif ərazilərində aparılan abadlıq və yenidənqurma işləri Məzahir Rüstəmov küçəsi 15 və  Polad Haşımov küçəsi 6 ünvanlarında da yekunlaşmaq üzrədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol