80 faiz işçinin vaksin olunması özəl şirkətlərə aid edilməyə bilər

Özəl şirkət işçilərinə vaksin olunmaqla bağlı məcburiyyətlərin olmasını düşünmürəm.
Bunu anews.az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.
"Covid pasportu iki halda veriləcək. Biri immunitet üçün nəzərdə tutulan 6 aylıq sertfikatdır, digəri isə hər iki vaksini vurduran şəxslərin covid pasportu alması prosesidir. Düşünürəm ki, vaksin könüllü olması və pasportun tələb olunması müəyyən qaydalarla tənzimlənəcək. 80 faiz işçilərin vaksin olunmasının məcburi olması isə dövlət müəssisələrində işləyənlərə aid ola bilər. Özəl şirkətlərə belə bir məhdudiyyətin olmasını ehtimal etmirəm. Nəzərə alsaq ki, Avropa Birliyi covid pasportunu dəstəkləyib və proses hər yerdə icra olunmağa başlayıb, bu zaman ən yaxşı halda vaksin olunub yenidən qapanmalara getməməyimiz ən doğru yol olar. Yəqin ki, gələcəkdə Avropadakı kimi bizdə də kütləvi tədbirlərdə, xeyir-şər işlərində covid pasportu tələb olunacaq. Pasportu olmayanları isə cərimələr gözləyə bilər. Müqayisə üçün vaksin olunan ölkələrə baxsaq görərik ki, həmin ölkələr artıq sərt karantindən çıxıb. Vaksin vurduran biri kimi deyə bilərəm ki, heç bir risk və təhlükə ilə rastlaşmadım" - deyə millət vəkili bildirib.
2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı bütün iş və xidmət sahələrinə aiddir. Bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























