• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ erməniləri Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirdiyi üçün İrəvanı qınadılar

Qarabağ erməniləri Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirdiyi üçün İrəvanı qınadılar
27.05.2021 21:48
Ermənistanla Azərbaycan arasında Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov və bir qrup Qarabağ ermənisi Ermənistan sakinlərinə müraciət ediblər.

Anews.az bildirir ki, "İnterfaks-Azərbaycan”a daxil olan müraciətdə deyilir:

"20 iyun seçkilərinin yaxınlaşması ilə Ermənistanda hazırkı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və müxalif namizədlər arasında daxili siyasi mübarizə alovlanır. Daha çox seçicini öz tərəfinə çəkmək və daha vətənpərvər görünmək üçün bütün siyasi qüvvələr Azərbaycana şifahi hücum taktikasını seçiblər. Xüsusilə də, İrəvandan guya Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzurdakı Ermənistan ərazilərini ələ keçirməsi ilə bağlı əsassız ittihamlar səslənir.

Biz, ilk növbədə, erməni xalqına müraciət edirik. Hörmətli Ermənistan vətəndaşları, heç bir işğal barədə söhbət gedə bilməz. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədlərin delimitasiyası prosesi gedir. Onsuz da mürəkkəb olan vəziyyəti siyasiləşdirmək və çətinləşdirmək istəyən qüvvələrin yedəyində getməyə ehtiyac yoxdur. Aydın məsələdir ki, bəzi bölgələrdə ölkələr arasındakı sərhədlərin haradan keçməsinə dair tərəflər arasında fikir ayrılıqları var.

Sovet dövründə mövcud olan sərhədlər əsasında bu məsələlərin həllinə davam etmək lazımdır. İstənilən halda, sərhədləri müəyyənləşdirmək lazımdır. Sərhədlər nə qədər tez müəyyən olunsa, hər iki tərəf üçün də bir o qədər yaxşı olar. Daha sonra Azərbaycanla Ermənistan arasındakı yollar və kommunikasiya xətləri açılmalıdır. Ermənistanın özünün siyasi, iqtisadi və sosial vəziyyəti, ilk növbədə, bundan asılıdır”.

Müraciəti Artur Ağacanov, Valeri Yeritsyan, Georgi Arakelyan, Leva Yaxşibekov, Karina Yeritsyan və başqaları imzalayıblar.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol