• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları açıqlanacaq – TƏFƏRRÜAT

Azərbaycandan Londona 33 milyon aparan ər-arvadın adları açıqlanacaq – TƏFƏRRÜAT
28.05.2021 10:45
Azərbaycandan Britaniyaya 14 milyon funt sterlinq (33,75 milyon manat) "çirkli pul" gətirməkdə ittiham olunan ər-arvadın adları açıqlana bilər.

 "The Evening Standard" nəşri xəbər verir ki, məhkəmə sədri Vanessa Bareytser may ayının 27-də bununla bağlı hökm çıxarıb. Hökmdə, cütlüyün kimliyinin gizli saxlanmasının "açıq ədalət" prinsipi ilə ziddiyyət təşkil etdiyi bildirilir. Qeyd olunur ki, cütlüyə qarşı iddiaların tam detallarının üzərindən məxfilik qaldırılır.

Hakim indiyədək X və Y kimi təqdim olunan ər və arvadın adlarının açıqlanması üçün yeddi gün vaxt qoyub. Qarşı tərəf bu müddət ərzində qərara yenidən baxılması üçün vəsatət qaldıra bilər.

Cütlüyün vəkilləri bildiriblər ki, onlar məxfiliyin qaldırılmasına Ali Məhkəmə səviyyəsində qadağan qoyulmasına və qərara ədliyyə baxışı keçirilməsinə nail olmaq istəyirlər. Onlar, cütlüyün adlarının açıqlanmasının başqa məhkəmə proseslərinin gedişatına da təsir edə biləcəyini deyiblər.

Nəşr bildirib ki, sözügedən ər və arvadın adlarının açıqlanması üçün iddianı elə mətbuat orqanının özü qaldırıb. İşin üstünü açan Britaniya Milli Cinayət Agentliyi (NCA) də, nəşrin bu tələbini dəstəkləyib.

Qeyd edək ki, Milli Cinayət Agentliyi sözügedən cütlüyü qeyri-qanuni üsullardan istifadə etməklə "çirkli pul”ları yumaqda ittiham edir.
NCA iddia edir ki, sözü gedən vəsait Estoniya və Latviyadakı bank hesablarından Britaniyadakı bank hesablarına köçürülüb.(yeniavaz)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol