• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya azərbaycanlılarının virtual konfransı oldu

Dünya azərbaycanlılarının virtual konfransı oldu
28.05.2021 21:00
Diasporla İş üzrə Dövlət Komitəsi "28 may-Respublika Günü” münasibətilə virtual konfrans təşkil edib.


Komitədən "Qafqazinfo"ya verilən məlumata görə,  konfransa 58 ölkədən 367nəfər yaxın soydaşımız, o cümlədən Cümhuriyyətçilərin müxtəlif ölklərdə yaşayan varisləri, eyni zamanda 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, "Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri qatılıb.


Dünya azərbaycanlılarını Respublika günü münasibəti ilə təbrik edən Komitə sədri Fuad Muradov Ali Baş Komandan İlham Əliyevin  başçılığı ilə ordumuzun Vətən savaşında qazandığı zəfərdən danışıb.


AXC-nin ilk Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin İsveçrədə yaşayan varisi Mariya xan Xoyskaya bildirib: "Mən çox şadam ki, Azərbaycan dünyada öz layiqli yerini tutub və onun parlaq gələcəyi var”.


 Türkiyənin görkəmli hərbi və siyasi xadimi Kazım Qarabəkirin nəslinin davamçısı Timsal Qarabəkir Kazım bəyin hərbi fəaliyyətinin Naxçıvanla bağlı dövrünü bir daha xatırladıb, türk bayraqlarının dünyada əbədi dalğalanacağına böyük inamını ifadə edib, Qarabağın azadlığı münasibətilə hər kəsi təbrik edib. Əhməd Cavadın İsraildə yaşayan nəvəsi Yaqut Abdullayeva da Azərbaycana sevgisini ifadə edib, dünya azərbaycanlılarına əbədi birlik arzulayıb.


Konfrans boyu Cümhuriyyətdən Respublikaya qədər böyük bir dövrü əhatə edən videorolik nümayiş olunub, birliyə çağırış musiqiləri səsləndirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol