Bərdədə özünü jurnalist kimi təqdim edən şəxslərlə bağlı cinayət işi açılıb

Mayın 27-də üç nəfər naməlum şəxsin Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz olaraq yoxlama aparıb körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində körpələr evinin direktorundan 300 manat məbləğində pul vəsaiti tələb etmələri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla hədə-qorxu ilə pul tələb edən şəxslərin "faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi özünü təqdim edən Alışanov Qurban Ruben oğlu, "AzTV.NEWS” xəbər portalının direktoru kimi təqdim edən Məmmədov Seymur Sahib oğlu, "Araşdırmacı Jurnalist Agentliyi” nin direktoru kimi təqdim edən Qurbanov Elvin Nəsbulla oğlu olduğu müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























