• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildi

Cəlilabadda yeni doğulan körpəyə şəhid atasının adı verildi
29.05.2021 22:00
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Xəqani Fətiyevin oğlan övladı dünyaya gəlib.

"Report"un Muğan bürosunun məlumatına görə, körpəyə atasının adı verilib.

X.Fətiyev şəhidin beşinci övladıdır.

Qeyd edək ki, Xəqani Fətiyev 1989-cu ilin iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub.

O, 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb.

Kiçik çavuş X.Fətiyev 2020-ci ilin sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, elə Vətən müharibəsinin başladığı ilk gündə şücaət göstərərək qəhrəmanlıqla şəhid olub.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla X.Fətiyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol