• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: Tovuz sakininin polis şöbəsində öldürülməsi iddiaları əsassızdır

DİN: Tovuz sakininin polis şöbəsində öldürülməsi iddiaları əsassızdır
30.05.2021 11:34
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yaşar Ramazanovun polis şöbəsində döyülərək öldürülməsilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Anews.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Report"a bildirib ki, əvvəllər eyni əmələ görə məhkum olunmuş şəxs həbsdən çıxdıqdan sonra rayonda narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olub.

Mayın 14-də Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Ramazanov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan zaman dövriyyəsi qanunla qadağan olunan, şəxsi istehlak miqdarından artıq, eləcə da digər şəxsə gizlətmək üçün verdiyi külli miqdarda narkotik vasitələr maddi sübut kimi aşkar olunaraq götürülüb.

Əmələ görə onun barəsində Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) başlayan cinayət işi üzrə məhkəmə tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Mayın 24-də səhər saatlarında istintaq təcridxanasında yıxılaraq qəfil halı pisləşən şəxs dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona intensiv tibbi müalicə göstərilməsinə baxmayaraq, o, 4 gün sonra "beyinə qansızma ilə müşaiyət olunan beyindaxili təzyiq” diaqnozu ilə xəstəxanada ölüb.

İstintaq prosesinin gedişində onun sağlamlıq vəziyyəti yoxlanılarkən bir sıra ağır xəstəliklərinin – qaraciyər sirrozu və gepatit c olması müyyən olunub. Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, onun istintaq olunması qanunvericiliyə uyğun olaraq aparılıb, heç bir halda ona fiziki təzyiq göstərilməyib.

Ölüm faktı ilə əlaqədar rayon hüquq-mühafizə orqanları tərəfindən müvafiq tibbi ekspertizalar təyin edilməklə meyit müayinədən keçirilib. Ölüm faktında hər hansı kənar fiziki müdaxilə faktı aşkar olunmayıb, bədənində olan xəsarətlər isə xəstəliyin əlamətlərindən yaranan fəsadlar və onun istintaq təcridxanasında yıxılması nəticəsində yaranıb.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol