Sabah Bakıda 30 dərəcə isti olacaq

Mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Anews.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək, Nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.Mayın 31-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























