Şeyxdən jurnalistlərə hədiyyə

QMİ sədri dəyərli kitablarını qurumun kitabxanasına verəcəyini deyibŞeyxülislam Allahşükür Paşazadə şəxsi kitabxanasında olan qiymətli kitabları QMİ kitabxanasına verəcək. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərlə görüşündə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib."Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasında və mənim şəxsi kitabxanamda dəyəri milyonlarla olan qiymətli əlyazmalar, kitablar var”.
QMİ sədri Respublika günü ilə bağlı azərbaycan xalqını da təbrik edib. Jurnalistlərlə ilk dəfə belə görüş keçirdiyini deyən Allahşükür Paşazadə, media nümayəndələrinə uğurlar arzulayıb.
Şeyxülislam jurnalistlərə 3 cildlik “Kəşf-ül-Həqayiq” kitabı və qələm hədiyyə edib. QMİ sədri “Quran”ın ilk ayəsinin də qələmlə bağlı olduğunu deyib.Şeyx 63 onkoloji xəstə uşağın ziyarət ediləcəyini deyib.Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım edir. ANS PRESS-in məlumatına görə, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarənin rəhbərliyi Respublika Uşaq Onkologiya Mərkəzinə gedərək, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara mənəvi dəstək olur. Onlara lazımi tibbi ləvazimatlar, habelə sovqatlar aparır.QMİ tərəfindən Uşaq Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin müayinə və müalicəsində istifadə olunan Almaniya istehsalı olan tibbi avadanlıq - xeyli sayda impuzamat və partkateter aparatları hədiyyə ediləcək.Uşaqlara isə hədiyyə olaraq planşetlər, oyuncaqlar və s. təqdim olunacaq.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























