Ən bahalı nömrənin sahibi danışdı: “Məhkəməyə verəcəm”

Dünyanın ən bahalı nömrəsi kimi təqdim edilən "055 666-66-66" nömrəsinin sahibi AzNews.az-a danışıb.
Adını açıqlamaq istəməyən nömrə sahibi bildirib ki, yayılan məlumatlar cəfəngiyyatdır: “Mən uzun illərdir ki, bu nömrəni işlədirəm və bu barədə Bakcell-dən rəsmi məlumat əldə edə bilərsiniz. Xəbəri yayan mətbu orqanlarını da vəkilim vasitəsi ilə məhkəməyə verəcəm. Əgər təkzib verilməsə gələn həftə ərzində məhkəməyə verəcəm. Çünki bu məlumatı yaymamışdan qabaq mənimlə əlaqə qura bilərdilər”.
Qeyd edək ki, bu gün milli.az xəbər portalında bir vaxtlar dünyanı satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsinin artıq Azərbaycanda satılması barədə məlumat yayılıb. Bu gün özünü iş adamı kimi təqdim edən şəxs sözü gedən portala zəng edərək bildirib ki, satışa 100 000 manat qiymətlə çıxarılan “Bakcell” mobil operatorunun 055 666 66 66 nömrəsini alıb. Onun sözlərinə görə, həmin nömrəni 100 000 manata yox, endirimli qiymətə alıb. Xəbərdə deyilir ki, bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha - "666-66-66" - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























