Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qeydiyyat başlayıb

Bu gündən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək istəyənlər üçün qeydiyyat başlayır.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, iştirakçılar 31 may – 7 iyunda bu link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.
Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinin ixtisaslarını seçən abituriyentlər təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə istənilən sayda komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:
- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki illərin məzunları;
-Azərbaycan dili (dövlət dili kimi) imtahanından (mayın 20-də keçirilən) məqbul qiymət almış abituriyentlər.
Subbakalavrların QİK-lər üzrə qeydiyyatı yaxın günlərdə elan olunacaq.
Qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları üçün qeydiyyat tarixləri elan olunacaqdır.
"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.
QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Memarlıq, İslamşünaslıq və Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün QİK və Dini-psixoloji komissiya üzrə qeydiyyat tarixləri qəbul imtahanının II mərhələsinin nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən ediləcəkdir.
2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























