"Başkent" və "Qızıl ay" restoranları cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 30-da ölkə üzrə 412 ictimai iaşə obyektində 698 monitorinq keçirilib.
Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
2. Bakı şəhəri, Xətai rayonu, Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pak dad" restoranı;
3. Bakı şəhəri, Xətai rayonu, Hadi küçəsi, ev 51 ünvanında yerləşən, fiziki şəxs Ağamətov Xəlil Gülmət oğluna məxsus "Qızıl ay" restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev küçəsi, ev 15 B ünvanında yerləşən, fiziki şəxs Ağayev Orxan Rasim oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., Cavadxan küçəsi 3005, 5-ci məhəllədə yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus "Başkent" restoranı;
6. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Fariz Aslan oğluna məxsus "Arpaçay" kafesi;
7. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 27 E ünvanında yerləşən, fiziki şəxs Əliyev Hidayət Arzu oğluna məxsus "Pizza bruno” restoranı;
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























