Gülər Əhmədovadan daha bir qadağa

Eks-deputat Gülər Əhmədova vəkilinə danışmağı qadağan edibBir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan sabiq deputatın vəkili G.Əhmədovanın bəraət almaq üçün müraciət edəcəyi ilə bağlı açıqlama vermişdi.Milli.Az modern.az-a istinadən xəbər verir ki, vəkil Apellyasiya Məhkəməsinin qərarını nəzərə alıb Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini bildirmişdi. Amma Əfsər Talıblının verdiyi son açıqlama, deyəsən, müvəkkilinin xoşuna gəlməyib. Belə ki, G. Əhmədova vəkilinə danışmağı, ümumiyyətlə mediaya hər hansı açıqlama verməyi qadağan edib.İş burasındadır ki, şərti azadlığa buraxılandan iki gün sonra sabiq deputat Gülər Əhmədovaya da danışmaq qadağası qoyulmuşdu. Bu barədə mediaya onun həyat yoldaşı Fikrət Əhmədov açıqlama verərək hazırda xanımının həkim nəzarətində olduğunu və ona danışmağı qadağan etdiklərini bildirmişdi.Sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi “külli miqdarda dələduzluq” və “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə” maddələri ilə 3 illiyə azadlıqdan məhrum edilmiş sabiq deputat Gülər Əhmədovanın kassasiya şikayətini təmin edib, məhkəmə zalından azadlığa buraxılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























