Bakıda iki qardaş yol qəzasında ağır yaralandı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
"Report” xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində minik avtomobili "KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilində olan, 1990-cı il təvəllüdlü Ağayev Alim Fəxrəddin oğlu və onun qardaşı 1995-ci il təvəllüdlü Ağayev Məhəmməd Fəxrəddin oğlu xəsarət alıb.
Alim Ağayevə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Məhəmməd Ağayevə isə sağ dirsəyin sınığı, başın əzilməsi diaqnozları qoyulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























