• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə bu şərtlərlə səyahət etmək olar

Türkiyəyə bu şərtlərlə səyahət etmək olar
01.06.2021 15:03
Koronavirusla mübarizə tədbirləri çərçivəsində, 1 iyun tarixindən etibarən hava yolu ilə Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.


Anews.az xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.


Yeni qaydalara görə, qeyd olunan ölkələrdən gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış mənfi koronavirus test nəticələrini təqdim etməlidirlər: Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri Lanka.


Bununla yanaşı sözügedən ölkələrdən gələn şəxslər yerli rəhbərliklər tərəfindən təyin ediləcək yerlərdə 14 günlük karantinə alınacaq.


Bu ölkələr istisna, Türkiyəyə daxil olan bütün əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb olunacaq. Bu çərçivədə test nümunələri götürüldükdən sonra gələn sərnişinlərin son təyinat yerinə getməsinə icazə veriləcək və test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin "COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.


Həmçinin bu 8 dövlət xaricində Türkiyəyə gələn turistlərdən "COVID-19” pasportu və ya "COVID-19”a qarşı immunitet sertifikatı tələb olunacaq. Belə ki, onlar ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair rəsmi qurumlar tərəfindən verilmiş sənədi təqdim etməlidirlər. Belə halda həmin şəxslərdən PCR test nəticəsi tələb edilməyəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol