Bakıdan Rəsulzadənin məzarına yürüş - FOTOLAR

Axar.az-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, mayın 28-i Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibətilə bayram mitinqi keçirilib. “Gənclər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıdan Ankaraya gedən nümayəndə heyətində müxtəlif partiya üzvləri, tələbələr, ictimai fəallar iştirak ediblər. Yürüşə Ankarada yaşayan azərbaycanlı tələbələr, Anadolu liseyində təhsil alan gənclərimiz, Güney azərbaycanlılar da dəstək verirdi. Yürüş iştirakçıları əllərində “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “Şübhəsizdir ki, həqiqət bir gün paylayacaq”, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarları yazılmış plakatlarla Rəsulzadənin uyuduğu Əsri məzarlığına doğru irəlilədilər. Yürüş zamanı “Azərbaycan”, “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarları səsləndirilib.Tədbirin sonunda Rəsulzadə liseyi ziyarət olunub və tədbir bayram ziyafəti ilə yekunlaşıb. ANN.Az
























