• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadının kimliyi bilindi

Azərbaycanda boğazına ip keçirilərək tövlədə saxlanılan qadının kimliyi bilindi
02.06.2021 12:00
Bir neçə gün əvvəl sosial şəbəkələrdə ahıl qadına qarşı şiddət göstərilməsiylə bağlı video paylaşılıb. 


Anews.az xəbər verir ki, məlumatı paylaşan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, 85 yaşlı qadını pensiyasına görə ona baxmaq adıyla bir nəfər aldadıb, əvəzində isə onu dəfələrlə döyüb. 


Kamalə Ağazadə bundan sonra həmin qadının vəziyyətinin araşdırılmasıyla bağlı aidiyyatı qurumlara müraciət etdiyini vurğulayıb: "Onun harada yaşadığı və kim tərəfindən işgəncəyə məruz qalması ilə bağlı bildiklərimi paylaşdım. Mənə dedilər ki, biz dərhal nümayəndələrimizi göndərib araşdıracağıq”. 


Birlik rəhbəri iddia edib ki, Səkinə xanımın pensiya kartını mənimsəyən və işgəncə verən şəxs bu dəfə onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxlayır: "Mənə verilən məlumata görə, Səkinə xala Gədəbəy rayonu İvanovka kəndində Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır”.


Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Anews.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə ahıl qadının tövlədə bağlanaraq saxlanılması ilə bağlı yayılan video-görüntülərlə bağlı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıb: "Həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olmaqla Gədəbəy rayon İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova olması müəyyə edilib. Dərhal polis əməkdaşları onun yerini həmin kənd ərazisində gəzərkən aşkar edib. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxs və ya şəxlərin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır və tezliklə məsələyə hüquqi qiymət veriləcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol