• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada əsir götürülən Maral Nacaryanın əri Bakıda xəstəxanaya yerləşdirildi – Erməni KİV – FOTO

Şuşada əsir götürülən Maral Nacaryanın əri Bakıda xəstəxanaya yerləşdirildi – Erməni KİV – FOTO
03.06.2021 14:21
Noyabrın 10-da Şuşada Azərbaycan Ordusu tərəfindən əsir götürülən Livan ermənisi Viqen Eulyekyan Bakıda xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com "news.am”a istinadla xəbər verir ki, bu barədə Viqen Eulyekyannın qızı məlumat yayıb. O bildirib ki, atası ilə xəstəxanaya aparılarkən telefonla danışıb. 

Xatırladaq ki, Viqen Eulyekyan həyat yoldaşı Maral Nacaryanla birlikdə Şuşada əsir götürülmüşdü. 10 mart 2021-ci ildə Maral Nacaryan azadlığa buraxılmışdı. O, Livana qayıtdıqdan sonra necə əsir düşdükləri barədə danışmışdı: "2020-ci ilin avqust ayında Beyrut limanında baş verən partlayışdan sonra qohumlarımızla birlikdə Ermənistana köçdük və daha sonra Qarabağ ərazisində yerləşdirildik. Müharibədən sonra 10 noyabrda ərimlə birgə Şuşaya getdik. Bir anda Azərbaycan hərbçiləri bizi əhatə etdi.
 
Bizdən kim olduğumuzu soruşdular, əşyalarımızı götürmək üçün gəldiyimizi dedik. Onlar bildirdilər ki, əgər sizdə hər şey qaydasındadırsa İrəvana göndərəcəklər. Hərbçilər bizi yoxladılar. Həyat yoldaşımın telefonuna baxarkən orada könüllü döyüşçü olduğunu əks etdirən fotoları gördülər. Bundan sonra bizi avtomobilə mindirib apardılar. Bizi "cip”ə mindirdilər içəridə qaz balonları var idi. Viqenin (həyat yoldaşı) gözlərini bağladılar ancaq mənim gözlərim açıq idi”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol