İlyas İsmayılov sevincini bölüşdü

İ.İsmayılov baba olma sevincini AzVision.az-la bölüşüb. Deputat bu xəbərə sevindiyini gizlətməyib.“Təbrikləriniz üçün çox sağ olun, təbii ki, sevindirici bir hissdir. Hələ ki, Türkiyəyə getmək planım yoxdur. Yəqin ki, nəvəmlə nə vaxtsa görüşəcəyik. Hələ şəklini də görməmişəm”-deyə millət vəkili bildirib.Qeyd edək ki, millət vəkilinin oğlu Etimad İsmayılov 2011-ci ildə tanınmış aparıcı Sevil Nuriyeva ilə ailə həyatı qurub. Onların İlyas adlı oğul övladı dünyaya gəlib. Cütlük hazırda İstanbulda yaşayır.ANN.Az
























