Gürcüstanda növbəti insident: etnik azərbaycanlı döyüldü

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda insident baş verib.
Anews.az "Report”a istinadən xəbər verir ki, alkoqollu içkinin təsiri altında olan şəxs yanacaq doldurma məntəqəsinin (YDM) ərazisində yerləşən supermarketin kassirini təhqir edib.
Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, 1984-cü il təvəllüdlü həmin şəxs operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Əvvəllər bir neçə dəfə məhkum edilmiş gənc zorakılıq və xuliqanlıqda ittiham olunur.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs qadın kassiri təhqir etdikdən sonra üzərinə kənd təsərrüfatı aləti atıb. Gənc həmçinin onu sakitləşdirməyə çalışan YDM-in etnik azərbaycanlı operatorunu da təhqir edərək ona qarşı fiziki təzyiq göstərib. O, gürcü qadın kassirin müdafiəsinə qalxıb və döyülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























