• $
  • €
  • ₽
  • ₺
  • £

Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub

Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
04.06.2021 09:41
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə keçirilən mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub.
 
Son təlim iyunun 3-də Füzuli rayonunda keçirilib. Yüksək ixtisaslı mütəxəssislər təlim iştirakçılarına risklər və təhlükəsiz davranış haqqında ətraflı məlumat verib, minalar və partlamamış hərbi sursatlardan qorunmaq üçün zəruri olan addımları izah edib. Səfərlər zamanı təhlükə əlamətlərinə və işarələrinə diqqət etmək, müharibənin partlayıcı qalıqları ilə rastlaşdıqda davranışın təhlükəsizlik üçün əhəmiyyəti vurğulanıb. 
 
İyunun 1-i Ağdam, 2-i Tərtər və bu gün Füzuli rayonlarında keçirilən təlimlərdə ümumilikdə 60 nəfər iştirak edib. Təlimə, əsasən, əhali ilə daha çox təmasda olan təhlükəsizliyə dair məlumatları digər şəxslərlə bölüşə bilən şəxslər - müəllim, şagird və icra nümayəndələri cəlb edilib. 
 
Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə xəttində yaşayan əhalinin maarifləndirilməsi üçün müxtəlif tədbirlər keçirilir. 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edilib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan bu cür təlimlərin davam etdirilməsi nəzərdə tutulub.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol