• $
  • €
  • ₽
  • ₺
  • £

Balakəndə narkotik satan şəxslər saxlanılıb

Balakəndə narkotik satan şəxslər saxlanılıb
04.06.2021 18:30
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ramiz adlı şəxsin üzərində və sərnişini olduğu "KİA” markalı avtomobildə narkotik vasitə daşımasına dair Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və onun Şəki şəhər sakini Ramiz Əhmədov olduğu müəyyən edilib.Şəxsi axtarış zamanı ondan heroin, metadon həbləri və elektron tərəzi aşkar olunaraq götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Gərəkli kənd sakini Nicat Çobanoğlu saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi çətənə kolları aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol