• $
  • €
  • ₽
  • ₺
  • £

BNA-dan biabırçı səhv - Heydər Əliyevin adını səhv yazdılar - FOTO

BNA-dan biabırçı səhv - Heydər Əliyevin adını səhv yazdılar - FOTO
04.06.2021 12:07
Bakıda məlumat lövhəsində biabırçı səhvə yol verilib.

BAKU.WS xəbər verir ki, bu səhvi əks etdirən fotonu jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki hesabında paylaşıb.

Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında və nəzarəti altında yerləşdirilən məlumat lövhəsində Ulu Öndər Heydər Əliyevin adı ingilis dilində düzgün yazılmayıb.

Bülbül prospekti yaxınlığındakı küçələrdən birində Heydər Əliyev Sarayı istiqamətini işarələyən lövhədə səhv buraxılıb.

Bundan əlavə, "Xarici İşlər Nazirliyi” yazısının ingilis dilində olan tərcüməsində də səhv var.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev "oxu.az”a açıqlama verib. O, bildirib ki, bu nişanlar, avadanlıqlar podratçı şirkət tərəfindən quraşdırılır:

"Nişanlar podratçı şirkətlərdən ərazidə təhvil alınır. Bu nişan da yeni quraşdırılıb. Bu və buna bənzər hərf səhvləri olan zaman podratçı şirkətə bildirilir və qısa vaxtda aradan qaldırılması tələb olunur.

Lövhədə qeyd olunan məlumatlar biz tərəfdən ərazi üzrə istiqamətlər düzgün göstərilməklə təqdim olunur. Lakin, podratçı şirkət bu məlumatları lövhədə qeyd edən zaman məlum səhvə yol verib”.

Bu lövhələr podratçı şirkət tərəfindən hazırlansa da, son olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən işin düzgün görülüb görülməməsi yoxlanılaraq təsdiqlənir, qəbul edilir və əraziyə quraşdırılır.

Həmin görüntünü təqdim edirik:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol