• $
  • €
  • ₽
  • ₺
  • £

Samirə bayraqla bağlı qalmaqaldan danışdı

Samirə bayraqla bağlı qalmaqaldan danışdı
04.06.2021 19:30
Müğənni Samirə Əfəndi "Avroviziya” mahnı müsabiqəsində Azərbaycan bayrağı ilə bağlı yayılmış görüntülərə aydınlıq gətirib.

"Qafqazinfo” xəbər verir ki, sənətçi MTV-də yayımlanan "10-da görüşək” proqramında qonaq olarkən dövlət rəmzimizin yerə tullanmadığını bildirib:

"Mən, nə də ki, başqaları icazə verə bilməzdik ki, bayrağımız yerdə olsun, nəinki bizim, hətta başqa ölkələrinki də. Hər zaman yerdən götürüb yuxarı qoyurduq. Mən finalda bayrağı divanın üstünə sərdim ki, orada rəqs edəndə bayraq düşməsin. Arena elə qurulub ki, üstdən çəkiliş zamanı bayraq bizimlə eyni səviyyədə görünürdü”.

Bundan əlavə, o, milli komandaya daxil olan xarici rəqqasənin bayrağımıza qarşı hörmətsizlik sərgiləməsindən də danışıb: "Digər insidentdə isə həmin rəqqasə xanıma başa saldıq ki, bunu eləmək olmaz. O qız da bütün rəyləri tərcümə edərək oxuyub səhərəcən ağlayırdı. Mən hərbçi qızıyam, yanımda heç kəs bayrağa hörmətsizlik edə bilməz. O qız çox həyəcanlı idi, insan nə etdiyini bilmir. Finalda bayrağı öpüb üzr istəyəcəkdi, amma bizi çəkmədilər. Hətta Birləşmiş Krallıq təmsilçisi bayraqlarını ayaqlarına dolamışdı. Mən onda işarə etdim ki, götür, şəkil çəkdirək. Xahiş edirəm, bu məsələ uzanmasın. Artıq xoşagəlməz hal almağa başlayır”.

Həmçinin Samirə Azərbaycanı müsabiqədə üçüncü dəfə təmsil etmək istəyindən söhbət açıb: "Bir neçə ildən sonra mənə yenidən şans verilsə,3-cü dəfə də təmsilçi olmaq istəyirəm. Bu dəfə çox güclü, damara işləyən bir ballada oxumaq istəyirəm. İndidən o biri ifaçılara deyirəm, hazır olun”.

O, yarışma birincisi Nigar Camalın geyimi barədə açıqlamasına da cavab verib: "Mən Nigarın mənim haqqımda olan fikirlərini səhnəyə çıxmamışdan öncə izlədim. Düzü, bir az pis təsir etsə də, sonradan unutdum. Mən olsam, bəyənməsəm də ifaçıya həmişə mənəvi dəstək olaram. Ən azından ölkəmizi təmsil edirdim”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol