Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

"Tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi olur. Hesab edirəm ki, bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin fikrincə, bu məsələnin həllində mürəkkəb heç nə yoxdur: "Önəmlisi odur ki, dünya elmi araşdırmaların və tədiqatların standartlarını müəyyən edib. Hər bir sahədə olduğu kimi elm də ölçülə biləndir. Bu gün zəif və ya güclü alimi görə bilirik. Get-gedə yaxşı, pis və güclü yox, ölçülə bilən indekatorla təmsil olunan elm adamlarını görməliyik və görəcəyik, çünki başqa yolu yoxdur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























