• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda

“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda
04.06.2021 16:04
Bütün ölkə ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən "Nar” işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində "Qarabağ planı” çərçivəsində "Nar” Şuşa şəhərində də baza stansiyalarının quraşdırılması işlərini davam etdirir.
 
Əhalini keyfiyyətli internetlə təmin etməyi hədəfləyən "Nar” ümumilikdə 2021-ci ilin birinci rübü ərzində 50-dən çox yeni baza stansiyaları quraşdırıb. Bununla da mobil operator  5670-dən artıq baza stansiyası ilə ölkə əhalisini kəsintisiz internetlə təmin edir.
 
Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə LTE-A texnologiyası ilə ötürülən data trafikinin həcmi 22% artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 82%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Qeyd edək ki, "Nar”ın internet şəbəkəsi ölkə ərazisinin 89%-ni, ölkə əhalisinin isə 99,9%-ni əhatə edir.
 
Xatırladaq ki, Vətən müharibəsi dövründə "Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.  
 
 "Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol