• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynalı deputatlar Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı çağırış ediblər

Ukraynalı deputatlar Kəlbəcərdə şəhid olan media işçiləri ilə bağlı çağırış ediblər
04.06.2021 19:31
"Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İnsan Haqları Məhkəməsi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təsir göstərməlidir”.

Bunu "Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Lyudmila Marçenko Kəlbəcərdə Azərbaycanın media işçilərinin minaya düşərək vəfat etməsini şərh edərkən deyib.

"Bizim bildiyimiz qədərilə, minalanmış ərazilərin xəritələri mövcuddur, çünki onları tələsmədən, təxminən 30 il ərzində quraşdırıblar. Bu xəritələrin verilməməsi 10 noyabrdakı razılaşmalara ziddir”, - L.Marçenko bildirib.

Ukrayna Ali Radasının deputatı Marian Zablotskiy də hesab edir ki, ərazilərin minalardan təmizlənməsi və piyada əleyhinə minalara qarşı mübarizə məsələlərində BMT strukturları da iştirak etməlidir.
Onun fikrincə, beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini, öhdəliklərini yerinə yetirməsini və beynəlxalq hüquqa riayət etməsini tələb etməlidir.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol